Bu barədə komandanın mətbuat xidməti bildirib Bu barədə komandanın mətbuat xidməti bildirib
  • Fanat
  • 23 Aprel 2021 09:08
  •  5 449

“Milan” İbrahimoviçlə müqaviləni uzatdı

Bu barədə komandanın mətbuat xidməti bildirib

İtaliyanın “Milan” futbol klubu isveçli hücumçu Zlatan İbrahimoviçlə müqaviləsini uzadıb.

AzNews.az TASS-a istinadən xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti bildirib.

39 yaşlı oyunçu ilə yeni müqavilə bir mövsüm üçün bağlanıb. İbrahimoviç “Milan”da 2020-ci ildən çıxış edir, buna qədər o, komandanı 2010-2012-ci illərdə təmsil edib.

Cari mövsümdə isveçli 25 matçda iştirak edib, 17 qol vurub və üç nəticəli ötürmə edib.