Matç qonaq komandanın 3:2 hesablı qələbəsi ilə başa çatıb Matç qonaq komandanın 3:2 hesablı qələbəsi ilə başa çatıb
  • Fanat
  • 3 May 2021 09:45
  •  7 654

Messi dubl etdi, "Barselona" qazandı

Matç qonaq komandanın 3:2 hesablı qələbəsi ilə başa çatıb

İspaniya La Liqasının 34-cü turunda "Valensiya" evdə "Barselona"nı qəbul edib.

AzNews.az xəbər verir ki, matç qonaq komandanın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

"Barselona"nın qollarını Lionel Messi (57, 69) və Antuan Qrizman (63) vurublar. "Valensiya"nın heyətində isə Qabriel Paulista (50) və Karlos Soler (83) fərqləniblər.

Oyunun ən yaxşısı isə Lionel Messi seçilib. Argentinalı hücumçu həmçinin "Barselona"da cərimə zərbəsindən vurduğu qolların sayını 50-yə çatdırmaqla yadda qalıb.

Qeyd edək ki, bu qələbə ilə "Barselona" xallarını 74-ə çatdıraraq, turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. "Valensiya" isə 14-cü pillədə qalıb. Hazırda İspaniya çempionatına 76 xalla "Atletiko Madrid" başçılıq edir. İkinci pillənin sahibi isə 74 xalla "Real Madrid"dir.