İlk yarış günündə Azərbaycanın 3 sərbəst güləşçisi mübarizəyə başlayacaq İlk yarış günündə Azərbaycanın 3 sərbəst güləşçisi mübarizəyə başlayacaq
  • Fanat
  • 6 May 2021 11:23
  •  8 193

Güləşçilərimiz lisenziya turnirində mübarizəyə start verir

İlk yarış günündə Azərbaycanın 3 sərbəst güləşçisi mübarizəyə başlayacaq

Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə Dünya Olimpiya Təsnifat Turnirinə bu gün start veriləcək.

AzNews.az xəbər verir ki, ilk yarış günündə Azərbaycanın 3 sərbəst güləşçisi mübarizəyə başlayacaq.

57 kq çəki dərəcəsində Georgi Edişeraşvili, 86 kq-da Abubakr Abakarov, 125 kq-da isə Vahid Qalayev Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanmağa çalışacaq.

Dünya Təsnifat Turniri

6 may

Sərbəst güləş

57 kq
Təsnifat: Georgi Edişeraşvili - Otari Qoqava (Gürcüstan)

86 kq
Təsnifat: Abubakr Abakarov - Uri Kalaşnikov (İsrail)

125 kq
1/8 final: Vahid Qalayev - Xose Kuba Vaskes (İspaniya)