"Emin Əmrullayevdən bu məsələni nəzarətə götürməyi xahiş edirik" "Emin Əmrullayevdən bu məsələni nəzarətə götürməyi xahiş edirik"
  • Fanat
  • 17 İyun 2021 16:03
  •  4 845

Azərbaycan Velosiped İdmanı Federasiyası təhsil nazirinə müraciət etdi

"Emin Əmrullayevdən bu məsələni nəzarətə götürməyi xahiş edirik"

Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) təhsil naziri Emin Əmrullayevə müraciət edib.

AzNews.az xəbər verir ki, bu barədə "Report"a AzVİF-in Mətbuat katibi Pərviz Musayev məlumat verib.

Onun sözlərinə görə, müraciət 7 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin idmançılarının açıq havada yarış keçirməsinə hələ də razılıq cavabının gəlməməsi ilə əlaqədardır: "Gənclər və İdman Nazirliyinin xətti ilə Təhsil Nazirliyinə yazdıqları icazə məktubları təəssüf ki, cavabsız qalır. Bu səbəbdən, iyunun 21-də Veloparkda açıq havada keçirmək istədiyimiz yarışı təxirə salmaq məcburiyyətindəyik. Təhsil naziri Emin Əmrullayevdən bu məsələni nəzarətə götürməyi və idmançıların yarışlarda iştirakına şərait yaradılması üçün köməklik göstərməsini xahiş edirik".