Azərbaycan millisi Avropa çempionatında 7 boksçu ilə təmsil olunur Azərbaycan millisi Avropa çempionatında 7 boksçu ilə təmsil olunur
  • Fanat
  • 18 İyun 2021 12:58
  •  5 106

Boksçumuz Avropa çempionatında erməniyə qalib gəldi

Azərbaycan millisi Avropa çempionatında 7 boksçu ilə təmsil olunur

İtaliyanın Rozeto-deli-Abrutstsi şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatına start verilib.

AzNews.az xəbər verir ki, Azərbaycan təmsilçisi Mirəşrəf Kazımzadə 1/16 finalda Gürcüstan yığmasının erməni əsilli üzvü Arşak Yelizbaryanla üz-üzə gəlib. 75 kq çəki dərəcəsində çıxış edən idmançımız hər üç raundda rəqibini üstələyərək qalib gəlib - 3:0. Kazımzadə bu gün 1/8 finalda macarıstanlı Robert Cservenka ilə üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatında 7 boksçu ilə təmsil olunur.