"Qarabağ" bu gün UEFA Konfrans Liqasında növbəti oyununu keçirəcək "Qarabağ" bu gün UEFA Konfrans Liqasında növbəti oyununu keçirəcək
  • Fanat
  • 5 Avqust 2021 07:56
  •  8 345

"Qarabağ" bu gün Kipr klubu ilə qarşılaşacaq

"Qarabağ" bu gün UEFA Konfrans Liqasında növbəti oyununu keçirəcək

Azərbaycan təmsilçisi III təsnifat mərhələsinin ilk görüşündə Kiprdə AEL-in qonağı olacaq. Larnaka şəhərindəki "AEK Arena"da oynanılacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Qarşılaşmanı İsveçdən olan FIFA referisi Qlenn Nyuberq idarə edəcək.

"Köhlən atlar"ın heyətində müdafiəçilər - Bədavi Hüseynov, Elvin Cəfərquliyev və Rahil Məmmədov Limassol təmsilçisinə qarşı oynamayacaq. Əvəzində yeni transferlər - Bəhlul Mustafazadə, Riçard Almeyda və Qaspar Panadero Zamora qarşıdakı oyuna sifariş edilib.

Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv əvvəlki raundda İsrail "Aşdod"unu mübarizədən kənarlaşdırıb - 0:0, 1:0. AEL isə Albaniya "Vlajniya"sına hər iki qarşılaşmada eyni hesabla qalib gəlib - 1:0.

Qeyd edək ki, "Qarabağ" mərhələni keçsə, pley-offda "Breydablik" (İslandiya) - "Aberdin" (Şotlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.

UEFA Konfrans Liqası

III təsnifat mərhələsi, ilk oyun

5 avqust

21:00. AEL (Kipr) - "Qarabağ" (Azərbaycan)

Hakimlər: Qlenn Nyuberq, Mahbod Beygi, Andreas Söderkvist, Boyan Panciç

Larnaka. "AEK Arena".