- Fanat
- 3 Aprel 2022 20:41
- 10 372
Azərbaycan yunan-Roma güləşçisi 6-cı medalı QAZANDI
67 kq çəki dərəcəsində rəqib serbiyalı Sebastyan Nad olub
Azərbaycan yunan-Roma güləşçisi Həsrət Cəfərov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxıb.
Aznews.az xəbər verir ki, 67 kq çəki dərəcəsində rəqib serbiyalı Sebastyan Nad olub.
Rəqibinə 8:1 hesabı ilə qalib gələn Cəfərov böyüklərin yarışında ilk dəfə nüfuzlu yarışda mükafatçılar sırasında yer alıb. 19 yaşlı pəhləvan 2021-ci ildə gənclər arasında Avropa və dünya çempionu, eləcə də U-23 dünya çempionatının qalibi olub.
Bununla da Azərbaycan klassik güləşçilərinin Avropa çempionatında medal sayı 6-ya çatıb.
Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yunan-Roma güləşi üzrə Azərbaycan milli komandası 5-ci medalını qazanıb.
Günün ilk medalını 60 kq çəki dərəcəsində Murad Məmmədov qazanıb. Məmmədov 3-cü yer uğrunda görüşdə rumıniyalı Razvan Arnautu məğlub edib - 5:2.
Bu gün Azərbaycanın daha 4 yunan-Roma güləşçisi medal qarşılaşmalarına çıxacaq.
Qeyd edək ki, aprelin 2-də Eldəniz Əzizli (55 kq) qızıl, Taleh Məmmədov (63 kq) gümüş, Sənan Süleymanov (77 kq) və İslam Abbasov (87 kq) bürünc medala yiyələnib.