Görüşdə hesabı meydan sahibləri erkən qolla açıblar Görüşdə hesabı meydan sahibləri erkən qolla açıblar
  • Fanat
  • 10 Aprel 2022 21:50
  •  10 962

"Mançester Siti" - "Liverpul" matçında qalib müəyyənləşməyib

Görüşdə hesabı meydan sahibləri erkən qolla açıblar

Futbol üzrə İngiltərə Premyer Liqasında XXXII tura mərkəzi oyunla yekun vurulub.

Aznews.az xəbər verir ki, cari mövsüm çempionluğa iki əsas namizəd - "Mançester Siti" və "Liverpul" klubları üz-üzə gəliblər. "Etihad" stadionundakı matçda qalib müəyyənləşməyib - 2:2.

Görüşdə hesabı meydan sahibləri erkən qolla açıblar. 5-ci dəqiqədə Kevin De Brüyne komandasını önə keçirib. Lakin "şəhərlilər"in üstünlüyü cəmi 8 dəqiqə çəkib. Dioqu Jota hesabı bərabərləşdirib. 36-cı dəqiqədə Qabriel Jezus "Liverpul"u yenidən meydanın mərkəzinə dəvət edib. 46-cı dəqiqədə isə mersisaydlıların heyətində Sadio Mane yekun hesabı müəyyənləşdirib.

Bu nəticədən sonra xallarını 74-ə çatdıran "Mançester Siti" zirvədəki mövqeyini qoruyub. Liderdən 1 xal geri qalan "Liverpul" isə 2-ci pillədə qərarlaşıb.