Qeyd edək ki, medalçılar əvvəlki turlarda bəlli olduğundan, sonuncu tur formal xarakter daşıyıb Qeyd edək ki, medalçılar əvvəlki turlarda bəlli olduğundan, sonuncu tur formal xarakter daşıyıb
  • Fanat
  • 16 Aprel 2022 18:40
  •  10 343

Azərbaycan Super Liqasında mövsümə yekun vurulub

Qeyd edək ki, medalçılar əvvəlki turlarda bəlli olduğundan, sonuncu tur formal xarakter daşıyıb

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında mövsümə yekun vurulub.

Aznews.az xəbər verir ki, sonuncu - XII turun ilk oyununda "Abşeron" "Murov"la üz-üzə gəlib.

Azərbaycan Voleybol Federasiyasının idman zalındakı qarşılaşma "Abşeron"un 3:1 (25:21, 25:19, 19:25, 25:19) hesablı qələbəsi ilə yekunlaşıb.

Günün ikinci görüşündə “Azərreyl” UNEC-i 3:1 (25:18, 25:16, 16:25, 25:23) hesabı ilə üstələyib.

Mövsüm ərzində maksimum nəticə göstərən "Abşeron" 36 xalla birinci, “Azərreyl” 20 xalla ikinci, "Murov" 11 xalla üçüncü, UNEC 5 xalla dördüncü yeri tutub.

Qeyd edək ki, medalçılar əvvəlki turlarda bəlli olduğundan, sonuncu tur formal xarakter daşıyıb.