- Fanat
- 23 Aprel 2022 19:05
- 10 346
Ronaldo tarixə düşüb
Vurduğu qolla ümidləndirən Ronaldo bununla da İngiltərə çempionatında 100-cü dəfə fərqlənib
Kriştiano Ronaldo futbol tarixinə İspaniya və İngiltərə çempionatlarının hər ikisində 100 qol səddini adlayan ilk oyunçu kimi düşüb.
Aznews.az xəbər verir ki, portuqaliyalı Premyer Liqanın XXXIV turunun “Arsenal” – “Mançester Yunayted” matçının 34-cü dəqiqəsində fərqlənib.
Kriştiano 0:2 hesabı ilə geridə olan komandasının fərqi azaltmasına kömək edib. Vurduğu qolla ümidləndirən Ronaldo bununla da İngiltərə çempionatında 100-cü dəfə fərqlənib.
Qeyd edək ki, Ronaldo İngiltərədə “Mançester Yunayted”, İspaniyada “Real”ın formasını geyinib.