Tədbir Bakı Olimpiya Stadionunda təşkil olunub Tədbir Bakı Olimpiya Stadionunda təşkil olunub
  • Fanat
  • 29 Aprel 2022 16:49
  •  9 641

AFFA İcraiyyə Komitəsinin iclası keçirilib

Tədbir Bakı Olimpiya Stadionunda təşkil olunub

Bu gün AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Tədbir Bakı Olimpiya Stadionunda təşkil olunub.

Gündəlikdə olan məsələlərin müzakirəsindən əvvəl AFFA-nın prezidenti Rövnəq Abdullayev BOS-da yaradılan VAR Mərkəzi ilə tanış olub. Qurum başçısına mərkəzin iş prinsipi ilə bağlı məlumat verilib.

Abdullayev FİFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru vəzifəsinə təyin olunmuş vitse-prezident Elxan Məmmədova İcraiyyə Komitəsi adından uğurlar arzulayıb.

İcraiyyə Komitəsində aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

1. 2022/2023-cü il mövsümündən etibarən "İmişli", "Mingəçevir" və "Araz Naxçıvan" komandaları Birinci Divizionda çıxış etsin.
2. Azərbaycan çempionatında legioner limitinin 6+5 sistemi ilə tətbiqi davam etdirilsin.
3. Premyer Liqada gənc futbolçular üçün yaş limiti ləğv olunsun.
4. Azərbaycan çempionatında əvəzetmə sayı dəyişdirilməsin (3 əvəzetmə sayı saxlanılsın).
5. 2022/2023-cü il mövsümündən etibarən klublar sifariş ərizəsinə 14 legioner futbolçu daxil edə bilər. 14 legionerdən əlavə hər legioner üçün sifariş ödənişi 50.000 (əlli min) AZN müəyyənləşdirilsin.
6. 2023/2024-cü il mövsümündən etibarən klublar sifariş ərizəsinə 12 legioner futbolçu daxil edə bilər. 12 legionerdən əlavə hər legioner üçün sifariş ödənişi 50.000 (əlli min) AZN müəyyənləşdirilsin.
7. AFFA-nın Yoxlama və Təftiş Komitəsinin Əsasnaməsinin hazırlanması baş katibliyə tapşırılsın. Əsasnamə 1 ay ərzində İcraiyyə Komitəsinə təqdim olunsun.