Mayın 27-də keçiriləcək görüş saat 19:00-da start götürəcək Mayın 27-də keçiriləcək görüş saat 19:00-da start götürəcək
  • Fanat
  • 3 May 2022 19:33
  •  11 287

Azərbaycan Kuboku: Final oyununun yeri və saatı açıqlanıb

Mayın 27-də keçiriləcək görüş saat 19:00-da start götürəcək

Azərbaycan Kubokunda 2021/2022-ci illər mövsümünün final görüşünün məkanı müəyyənləşib.

Aznews.az xəbər verir ki, “Qarabağ” və “Zirə” komandaları arasında baş tutacaq həlledici qarşılaşma Qəbələ şəhər stadionunda oynanılacaq.

Mayın 27-də keçiriləcək görüş saat 19:00-da start götürəcək.

Final matçının nominal meydan sahibini müəyyənləşdirəcək püşkatma mərasimi mayın 5-də olacaq. AFFA-nın inzibati binasında hər iki komanda və Peşəkar Futbol Liqasının nümayəndələrinin iştirakı ilə keçiriləcək tədbir saat 12:00-da başlayacaq.