Mövsümün futbolçusu adına "şəhərlilər"in yarımmüdafiəçisi Kevin De Bröyne layiq görülüb Mövsümün futbolçusu adına "şəhərlilər"in yarımmüdafiəçisi Kevin De Bröyne layiq görülüb
  • Fanat
  • 23 May 2022 20:59
  •  15 607

Ronaldu Premyer Liqanın rəmzi komandasından kənarda qalıb

Mövsümün futbolçusu adına "şəhərlilər"in yarımmüdafiəçisi Kevin De Bröyne layiq görülüb

"Mançester Yunayted"in futbolçusu Kriştianu Ronaldu İngiltərə Premyer Liqasında geridə qalan mövsümün rəmzi komandasına düşməyib.

Aznews.az xəbər verir ki, "WhoScored" statistika saytının tərtib etdiyi siyahıda "Liverpul"dan 6, son çempion "Mançester Siti"dən 3, "Tottenhem"dən isə 2 oyunçu yer alıb.

Saytın versiyasına əsasən, mövsümün futbolçusu adına "şəhərlilər"in yarımmüdafiəçisi Kevin De Bröyne layiq görülüb.

Rəmzi komanda: Alisson Beker, Trent Aleksander-Arnold, Joel Matip, Vircil van Deyk, Məhəmməd Salah, Sadio Mane (hamısı "Liverpul"), Joau Kanselu, Kevin De Brüyne, Rodriqo Ernandes (hər üçü "Mançester Siti"), Son Xın Min, Harri Keyn (hər ikisi "Tottenhem").