Qurban Qurbanov açıqlama verib Qurban Qurbanov açıqlama verib
  • Fanat
  • 11 Sentyabr 2022 23:05
  •  8 148

"Qarabağ"ın futbolçusu Maksim Medvedev yenidən zədələnib

Qurban Qurbanov açıqlama verib

"Qarabağ" klubunun futbolçusu Maksim Medvedev yenidən zədələnib.

Aznews.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov açıqlama verib.

50 yaşlı mütəxəssis bildirib ki, kapitan UEFA Avropa Liqasında I turun Almaniya "Frayburq"u ilə səfər matçı zamanı məşq vaxtı ciddi zədələnib. O, 33 yaşlı müdafiəçinin 1 ay oynamayacağını söyləyib.

Qurbanov daha bir arxa xətt oyunçusu Bədavi Hüseynovun da müəyyən ağrıları səbəbindən MRT müayinəsindən keçdiyini diqqətə çatdırıb. Baş məşqçi bu səbəbdən, Hüseynovu "Sabah"la Azərbaycan Premyer Liqasının VI tur matçına buraxmağa risk etmədiyini dilə gətirib: "Əlimizdəki futbolçulara güvənərək, davam edəcəyik".

Qeyd edək ki, "Qarabağ" "Sabah"a 4:3 hesabı ilə qalib gəlib. Avropa Liqasının qrup mərhələsində isə Azərbaycan təmsilçisi "Frayburq"a səfərdə uduzub - 1:2. Növbəti oyun Tofiq Bəhramov adına Respublika stadionunda Fransa "Nant"ına qarşı olacaq. Sentyabrın 15-də keçiriləcək oyun saat 20:45-də başlanacaq.