2036-cı ildə Yay Olimpiya Oyunları Misirdə keçirilə bilər 2036-cı ildə Yay Olimpiya Oyunları Misirdə keçirilə bilər
  • Fanat
  • 25 Sentyabr 2022 11:29
  •  6 457

Yay Olimpiya Oyunları 2036-cı ildə Misirdə keçirilə bilər

2036-cı ildə Yay Olimpiya Oyunları Misirdə keçirilə bilər

"Report" "Reuters"a istinadən xəbər verir ki, ölkə olimpiada üçün namizədliyini irəli sürəcək.

Misir yarışa ev sahibliyi edən ilk ərəb və ya Afrika ölkəsi ola bilər. Daha əvvəl Almaniya, Meksika, Türkiyə, Rusiya, Hindistan və Qətərin də 2036-cı ildəki Yay Olimpiya Oyunlarını keçirmək istədiyi bildirilib.

Qeyd edək ki, növbəti olimpiadalar 2024-cü ildə Fransanın paytaxtı Parisdə, 2028-ci ildə ABŞ-ın Los-Anceles şəhərində, 2032-ci ildə isə Avstraliyanın Brisben şəhərində təşkil olunacaq.