• Fanat
  • 5 Dekabr 2022 14:10
  •  5 221

Braziliyanın Neymar sevinci

Qətərin ev sahibliyi etdiyi futbol üzrə Dünya Çempionatının favoritləri arasında yer alan Braziliya 1/8 final da Cənubi Koreya ilə qarşılaşacaq.

Aznews.az xəbər verir ki,Braziliya millisinin baş məşqçisi Tite Neymarın zədəsinin sağaldığını və onun Cənubi Koreyaya qarşı oynaya biləcəyini açıqlayıb.

30 yaşındakı futbolçu Serbiya ilə oyunda zədələndiyindən qrupun digər iki matçında forma geyinə bilməmişdi.

Qeyd edək ki,Braziliya-Cənubi Koreya matçı bu gün saat 23:00-da start götürəcək.

Mövsüm