- Fanat
- 12 Sentyabr 21:37
- 6 672
Azərbaycanın U-17 millisi Türkiyəyə uduzub

Azərbaycanın U-17 millisi Türkiyəyə uduzub.
Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışını başa vuran 17 yaşadək (U-17) futbolçulardan ibarət Azərbaycan millisi hazırlıq çərçivəsində növbəti oyununu keçirib.
Aznews.az xəbər verir ki, Türkiyənin müvafiq yaş qrupundan ibarət komandasına qarşı görüş 2:0 hesabı ilə rəqibin xeyrinə nəticələnib.
Qeyd edək ki, bu komandalar arasında sentyabrın 9-da keçirilmiş ilk matçda millimiz qələbə qazanmışdı - 2:1.