- Fanat
- 17 Noyabr 23:02
- 6 858
Azərbaycan millisi Belçikada

AVRO-2024-ün seçmə mərhələsinin sonuncu turunda Belçika ilə üz-üzə gələcək Azərbaycan millisi Brüsselə çatıb.
Aznews.az xəbər verir ki, Azərbaycan Hava Yollarına məxsus təyyarə 6 saatlıq uçuşun ardından hava limanına enib.
Qeyd edək ki, Azərbaycan millisi ötən gün Bakıda İsveçi üç cavabsız qolla üstələyib. Noyabrın 19-da reallaşacaq Belçika - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.