• Fanat
  • 25 Fevral 14:52
  •  9 586

Gimnastlarımız Bakıda keçirilən Dünya Kubokunda qızıl və gümüş medal qazanıblar

Azərbaycan gimnastı Mixail Malkin Bakıda keçirilən Dünya Kubokunda kişilər arasında tamblinq üzrə proqramda 31,100 xalla birinci yeri tutub.

Trend xəbər verir ki, daha bir təmsilşimiz Adil Hacızadə 29,400 xalla ikinci, portuqaliyalı Vasko Peso 28,700 xalla üçüncü yeri tutub.

Qeyd edək ki, fevralın 23-25-də Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku keçiriləcək. Yarışda 32 ölkədən gimnastlar iştirak edir.