• Fanat
  • 25 Mart 22:51
  •  8 084

Azərbaycan millisi Bolqarıstan yığması ilə heç-heçə edib

Azərbaycan millisi Bakıda təşkil olunan “FIFA series - Edition 2024” layihəsində növbəti oyununu keçirib.

Aznews.az xəbər verir ki, yığma Bolqarıstan seçməsi ilə üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma heç-heçə başa çatıb - 1:1.

59-cu dəqiqədə qonaqların heyətində Filip Krastev hesabı açıb. 87-ci dəqiqədə Musa Qurbanlı tarazlığı bərpa edib.

Qeyd edək ki, Azərbaycan millisi ilk matçında Monqolustana, Bolqarıstan isə Tanzaniyaya 1:0 hesabı ilə qalib gəlib.

21:46

Bakıda Azərbaycan və Bolqarıstan milliləri arasında “FIFA series–Edition 2024” layihəsində keçirilən yoldaşlıq oyununda növbəti qol vurulub.

Azərbaycan millisi 87-ci dəqiqədə hesabı bərabərləşdirib - 1:1.

Komandanın heyətində Musa Qurbanlı fərqlənib.

21:17

Bakıda Azərbaycan və Bolqarıstan milliləri arasında “FIFA series–Edition 2024” layihəsində keçirilən yoldaşlıq oyununda hesab açılıb.

Qonaqların heyətində Filip Krastev 59-cu dəqiqədə fərqlənib.

Görüşü estoniyalı hakim Kristo Tohver idarə edir.