• Fanat
  • 31 Mart 18:59
  •  5 987

Gürcüstanın əslən azərbaycanlı qadın boksçusu beynəlxalq turnirdə qızıl medal qazanıb

Gürcüstanın əslən azərbaycanlı olan qadın boksçusu Rahibə İsmayılova Yunanıstanda boks üzrə keçirilən beynəlxalq turnirdə qızıl medal qazanıb.

Aznews.az xəbər verir ki, 48 kq çəki dərəcəsində R.İsmayılova finalda yunan rəqibi Atina Avramidaya qalib gələrək çempion olub.

Ümumilikdə isə Gürcüstanın qadınlardan ibarət komandası beynəlxalq turnirdə 3 medala sahib olub (75 kq çəki dərəcəsində Tatia Bukia gümüş, 60 kq çəkidə Lana Bolkvadze isə bürünc medal əldə edib).

image description image description