• Fanat
  • 19 Aprel 09:18
  •  5 166

Azərbaycan Premyer Liqasında tura Tovuzda start veriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI tura start veriləcək.

Günün yeganə matçı Tovuzda keçiriləcək.

"Turan Tovuz" "Sumqayıt"ı qəbul edəcək. Qarşılaşma saat 16:30-da başlayacaq.

Meydan sahibləri 42 xalla altıncı, "gənclik şəhəri" təmsilçisi 44 xalla dördüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, turun digər matçları aprelin 20-21-də gerçəkləşəcək.