Nizami Kino Mərkəzinin direktoru vəzifəsindən çıxıb

Nizami Kino Mərkəzinin direktoru Əli-səttar Quliyev vəzifəsindən ayrılıb.

Bu barədə Azərbaycan Respublikasının Kino Agentliyindən (ARKA) bildirilib.

Qeyd edilib ki, Əli-səttar Quliyevin müqaviləsinin müddəti başa çatıb.
“Mədəniyyət naziri cənab Adil Kərimlinin müvafiq əmrinə əsasən, hazırda Kino Mərkəzinin direktorunun səlahiyyətlərini Turan Məmmədli icra edir”, - cavabda deyilir.

Aznews.az