- Mahal
- 12:00
- 918
Ağcabədidə dəhşətli qətl: iki nəfər bıçaqlanaraq öldürüldü
Ağcabədi rayonunda iki nəfərin qətlə yetirilməsi ilə nəticələnən hadisə baş verib.
Aznews.az xəbər verir ki, hadisə rayonun Yuxarı Qiyaməddinli kəndində qeydə alınıb.
Belə ki, zərərçəkənlər Arazbar kənd sakini tərəfindən bıçaqlanıb. Nəticədə 1996-cı il təvəllüdlü Məmmədov Şaiq Telman oğlu və 1989-cu il təvəllüdlü Məmmədov Həsən Teymurxan oğlu aldıqları bıçaq xəsarətlərindən hadisə yerində həyatlarını itiriblər.
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 22 yaşlı Əliniyaz Əliyev saxlanılıb.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır./Trend