- Fanat
- 13 May 2024 20:01
- 7 684
AFFA: Premyer Liqada komanda sayı artırılmayacaq

Önümüzdəki mövsüm Azərbaycan Premyer Liqasında 10 komanda iştirak edəcək.
Bu gün AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib.
İclasdan sonra AFFA prezidenti Rövşən Nəcəf qərar barədə açıqlama verib.
Alınan qərarlara əsasən, Premyer Liqada 2024-2025 mövsümündə komanda sayında heç bir dəyişiklik olmayacaq.
Belədə, "Qəbələ"nin aşağı liqaya düşəcəyi dəqiqləşib.