- Fanat
- 16:04
- 825
İran millisinin ABŞ-a səfəri rəsmiləşib
İran milli futbol komandası Türkiyə toplanışından sonra ABŞ-a yollanacaq.
Aznews.az xəbər verir ki, İran Futbol Federasiyası yığmanın dünya çempionatında iştirakının qəti olduğunu açıqlayıb.
Federasiya qeyd edib ki, İran millisi dünya çempionatına vəsiqəni layiqincə qazanıb və heç bir xarici amil komandanın mundialda iştirakına mane ola bilməz.
Açıqlamada həmçinin bildirilib ki, İran yığması 2026-cı il dünya çempionatında mütləq iştirak edəcək, lakin ev sahibi tərəf İranın narahatlıqlarını nəzərə almalıdır.
Qeyd edək ki, daha əvvəl İran millisinin dünya çempionatında iştirakı ilə bağlı müxtəlif iddialar səsləndirilmişdi.
İran millisi 2026-cı il dünya çempionatının G qrupunda Yeni Zelandiya, Belçika və Misir yığmaları ilə bir qrupda yer alıb. Komanda qrup mərhələsinin oyunlarını ABŞ-ın Los-Anceles və Sietl şəhərlərində keçirəcək.