"ABŞ Rusiyanın Ukraynaya qarşı təcavüzünə biganə qalmamalıdır" "ABŞ Rusiyanın Ukraynaya qarşı təcavüzünə biganə qalmamalıdır"
  • Flash
  • 26 Noyabr 2018 11:15
  •  5 219

Rusiyanın addımı kobud və yolverilməzdir - ABŞ-lı konqresmen

"ABŞ Rusiyanın Ukraynaya qarşı təcavüzünə biganə qalmamalıdır"

Xəbər verildiyi kimi, rəsmi Moskvanın Kiyevə qarşı son təcavüzü Ukraynanın ABŞ-dakı səfirliyi tərəfindən də pislənib. Bu haqda informasiya səfirliyin Facebook səhifəsində yayılıb.

ABŞ rəsmiləri də bu insidentə görə Ukraynanı tək qoymayıblar. Konqresmen Brayan Fiçpatrik deyib ki, Rusiyanın Ukrayna gəmilərinə qarşı Azov dənizindəki addımı kobud və yolverilməzdir.

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, onun sözlərinə görə, Rusiya beynəlxalq hüququn normalarını kobud şəkildə pozub: “Bu isə Ukrayna suverenliyinə qarşı atılan provakasiya xarakterli hücumdur. Rusiya təcili olaraq Kerç boğazında Ukrayna gəmilərinin azad şəkildə üzərək öz limanlarına doğru getmələrinə icazə verməlidir”.

Konqresmen əlavə edib ki, ABŞ Rusiyanın Ukraynaya qarşı təcavüzünə biganə qalmamalıdır.

Xatırladaq ki, Kanada, Polşa, Rumıniya, Estoniya və Almaniya Rusiyanın bu addımını pisləyib və Ukrayna gəmilərinin geri qaytarılmasını tələb edib.

Babək Göyüş

© AzNews.az

image description