Qurultayın son günü BHİK-in rəhbər orqanlarına seçkilər keçirilib. Qurultayın son günü BHİK-in rəhbər orqanlarına seçkilər keçirilib.
  • Flash
  • 7 Dekabr 2018 19:19
  •  5 293

Səttar Möhbalıyev növbəti müddətə BHİK-in vitse-prezidenti seçildi

Qurultayın son günü BHİK-in rəhbər orqanlarına seçkilər keçirilib.

Dekabrın 2-7-də Danimarkanın paytaxtı Kopenhagendə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) IV qurultayı keçirilib.

Qurultayın son günü BHİK-in rəhbər orqanlarına seçkilər keçirilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından AZƏRTAC-a bildiriblər ki, qurultayda iştirak edən Azərbaycan həmkarlar ittifaqlarının nümayəndə heyətinin rəhbəri, AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev növbəti müddətə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti seçilib.

Qeyd edək ki, qurultayın gedişində Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun ingilis dilində çap olunan “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” kitabı Azərbaycan nümayəndə heyətinin üzvləri tərəfindən iştirakçılara paylanıb.

AzNews.az

image description image description