- Flash
- 15 Yanvar 2019 21:29
- 30 372
İsfəndiyar Mehbalıyev Xəzər rayonuna polis rəisi təyin edildi
Nazirin əmri ilə Mehbalıyev Xəzər rayonuna polis rəisi təyin edilib.
Daxili İşlər naziri general-polkovnik Ramil Usubov Yasamal rayonu Polis İdarəsinin rəisi polkovnik İsfəndiyar Mehbalıyevin iş yerini dəyişib.
Yenicag.az-ın əldə etdiyi özəl məlumata görə, nazirin əmri ilə Mehbalıyev Xəzər rayonuna polis rəisi təyin edilib.
O, bu postda polkovnik Azər Muradovu əvəzləyib. Muradovun isə İsmayıllı rayonuna rəis təyin ediləcəyi gözlənilir.
Qeyd edək ki, Yasamaldan öncə Pirallahı RPİ-nin rəisi olan İsfəndiyar Mehbalıyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyevin oğludur.
AzNews.az