- Flash
- 20 Mart 2019 14:45
- 6 356
Elçin Quliyev bayramı iranlı həmkarı ilə qeyd edəcək

Elçin Quliyev Novruz bayramını iranlı həmkarı ilə birlikdə qeyd edəcək
Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev Novruz bayramını İrandan olan həmkarı ilə birlikdə qeyd edəcək.
Bu barədə Aznews.az-a DSX-dan bildirilib.
Məlumata görə, martın 20-dən 21-nə keçən gecə Elçin Quliyevin və İranın Sərhəd Qoşunlarının komandanı general-mayor Qasım Rzayinin rəhbərliyi altında nümayəndə heyətləri “Novruz” bayramını Biləsuvar istiqamətində bilavasitə dövlət sərhədində birgə qeyd edəcəklər.
Aznews.az