"Bakını hələ gəzməsəm də, çox sevimli şəhər olduğunu deyə bilərəm. Bakı Olimpiya Stadionu möhtəşəmdir". "Bakını hələ gəzməsəm də, çox sevimli şəhər olduğunu deyə bilərəm. Bakı Olimpiya Stadionu möhtəşəmdir".
  • Flash
  • 28 May 2019 17:50
  •  4 557

İngilis jurnalist: Londondan Bakıya çox asan gəldim

"Bakını hələ gəzməsəm də, çox sevimli şəhər olduğunu deyə bilərəm. Bakı Olimpiya Stadionu möhtəşəmdir".

Bu fikirləri "Report"a UEFA Avropa Liqasının finalı üçün Bakıya gələn Avstraliyanın "Optus Sport" telekanalının müxbiri Jules Brec söyləyib.

Telekanalın İngiltərənin paytaxtı Londondan fəaliyyət göstərdiyini deyən tanınmış ingiltərəli jurnalist Bakıya asanlıqla gəldiyini bildirib:

"Bakıya səfər etmək mənim üçün problem deyil. Frankfurtda iki saat gözlədikdən sonra bura uçdum. Londondan Azərbaycana çox asan gəldim. Burada məni çox yaxşı qarşıladılar.

Mətbuatda həmişə müxtəlif mövzularda neqativ xəbərlər olur. Amma bunu problemə çevirməyə gərək yoxdur. Bakıya gəlmək və finalı izləmək lazımdır".

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq finalda İngiltərənin "Çelsi" və "Arsenal" komandaları qarşılaşacaq.

AzNews.az