Siyasi mübarizə qanun normaları çərçivəsində aparılmalıdır. Siyasi mübarizənin də öz yolları var Siyasi mübarizə qanun normaları çərçivəsində aparılmalıdır. Siyasi mübarizənin də öz yolları var
  • Flash
  • 28 İyun 2019 19:43
  •  5 582

"Əli Kərimlinin hərəkətləri ictimai asayışı pozmaqdır"

Siyasi mübarizə qanun normaları çərçivəsində aparılmalıdır. Siyasi mübarizənin də öz yolları var

Bu sözləri millət vəkili Azər Badamov Əli Kərimlinin saxlanılmasına münasibət bildirərkən deyib. Millət vəkilinin sözlərinə görə, qanunda göstərilmiş və icazə verilmiş qaydalara uyğun mübarizə qadağan olunmayıb: “Amma, ictimai asayışı pozmaq, cəmiyyət arasında təxribat törətmək və ya təxribata sövq etmək, sabitliyi pozmağa qanunda yol verilmir. Əli Kərimlinin hərəkətləri ictimai asayışı pozmaq, insanların arasında təxribat yönümlü hərəkət etməkdən başqa bir şey deyil. Bu da müəyyən daxili və xarici dairələrdən aldığı sifarişlər əsasında həyata keçirir. Qanun qarşısında hamı bərabərdir. Bu gün dövlətimiz varsa, möhkəm təməllər üzərində qurulubsa hamı bu dövləti qorumalıdır. Müxalifətdə olmaq, siyasi mübarizə aparmağı heç kim qadağan etmir”.(hafta.az)