"Bununla bağlı məsələ izlənilir" "Bununla bağlı məsələ izlənilir"
  • Flash
  • 29 Avqust 2020 11:24
  •  4 924

"Vaksinlər hazır olan kimi ölkəyə gətiriləcək"

"Bununla bağlı məsələ izlənilir"

“Dünya səviyyəsində sertifikasiyadan keçən COVID-19-la əlaqədar vaksinlər hazır olan zaman ölkəyə gətiriləcək. Bununla bağlı məsələ izlənilir”.

AzNews.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, həmin vaksinlərin Azərbaycan vətəndaşlarına tətbiq olunması istiqamətindəki məsələlər də daim diqqət mərkəzində saxlanılır.