"Heç bir ölkə mövqeyini dəyişməyib" "Heç bir ölkə mövqeyini dəyişməyib"
  • Flash
  • 4 Dekabr 2020 15:00
  •  5 673

"Qarabağın kimə məxsus olduğu BMT qətnamələrində öz əksini tapıb"

"Heç bir ölkə mövqeyini dəyişməyib"

“Dağlıq Qarabağın kimə məxsus olduğu BMT Təhlükəsizlik Şurasının qətnamələrində öz əksini tapıb”.

AzNews.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.

O vurğulayıb ki, Rusiya bununla bağlı mövqeyini dəyişməyib: “Ümumiyyətlə, heç bir ölkə mövqeyini dəyişməyib".

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnamə qəbul edib.

Həmin qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü tanınıb və işğalçı Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması tələb edilib.