Azərbaycan son 30 ildə 120-dən çox ölkəyə dəstək verib Azərbaycan son 30 ildə 120-dən çox ölkəyə dəstək verib
  • Flash
  • 13 Yanvar 2021 14:46
  •  7 202

Salim əl-Malik: "Azərbaycan dünyada aparıcı ölkələr sırasındadır”

Azərbaycan son 30 ildə 120-dən çox ölkəyə dəstək verib

“Mən hər zaman Sizi əzmli, həqiqətən öz ölkəsi üçün mübarizə aparan, digərlərinə yol göstərən uzaqgörən liderlərdən biri kimi görmüşəm”.

AzNews.az xəbər verir ki, bunu ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.

“Siz Qoşulmama Hərəkatının sədrisiniz. Sizin BMT Baş Assambleyasının sonuncu sessiyasındakı çıxışınıza istinad etmək istəyirəm, dediniz ki, Azərbaycan son 30 ildə 120-dən çox ölkəyə dəstək verib, çox sayda beynəlxalq forumlar təşkil edib. Bu, dünyaya böyük kömək deməkdir. Düşünürəm ki, bunun sayəsində Azərbaycan dünyada aparıcı ölkələr sırasındadır”, - Baş direktor bildirib.