Bundan sonra sürətlə irəliləyəcəyik Bundan sonra sürətlə irəliləyəcəyik
  • Flash
  • 2 Mart 2021 15:22
  •  7 011

“Azərbaycanla həmrəylik bizim milli vəzifəmizdir”

Bundan sonra sürətlə irəliləyəcəyik

“Azərbaycanla həmrəylik bizim milli vəzifəmizdir. Resurslarımızı, imkanlarımızı, potensialımızı, insan kapitalımızı sevə-sevə bu önəmli ideal üçün səfərbər edəcəyik”.

AzNews.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun Azərbaycanın mədəniyyət naziri Anar Kərimov ilə görüşdə deyib.

“Azərbaycanlı qardaşlarımızın apardığı mübarizədə onlarla birgə ön sırada dayanmağa davam edəcəyik. Cənab Prezidentimizin Azərbaycan Prezidenti, cənab İlham Əliyev ilə qardaşlığı göz qabağındadır. Bu birliyin necə böyük fərq yaratdığını da gördük. Türkiyə və Azərbaycan olaraq iki liderin səyləri ilə özümüzə gəldik. Gücümüzü topladıq. Bundan sonra sürətlə irəliləyəcəyik. Bu, film və serial sektorunda da öz əksini tapmalıdır. Bu birliyi möhkəmləndirəcək, nəsillərdən nəsillərə ötürəcək hekayələrə, filmlərə imza atacağıq. Birliyimizdən böyük bir qüvvə yaradacaq qürurverici işlər ortaya qoyacağıq. Bunu da, inşallah, bütün dünyaya göstərəcəyik”, - o vurğulayıb.