• Flash
  • 20 Mart 13:24
  •  3 157

Baş prokuror xalqı təbrik edib

Xalqımızın milli bayramı olan Novruz bayramı münasibəti ilə Baş Prokurorluğun kollektivi adından hər kəsi səmimi-qəlbdən təbrik edirəm

Baş prokuror Kamran Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Bu barədə AzNews.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Təbrikdə deyilir:

"Ümumxalq bayramı kimi uzun əsrlərdən bəri yurdumuzun hər bir guşəsində müxtəlif el şənlikləri və mərasimlərlə qarşılanan Novruz bayramı Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm hissəsini özündə ehtiva edən unikal mədəniyyət hadisəsidir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpası naminə sürən 44 günlük Vətən müharibəsində şanlı ordumuzun əzəli və doğma Qarabağımızı işğaldan azad etməsi ilə ərazi bütövlüyü tam təmin edilən müstəqil Azərbaycanımızda xalqımız builki Novruz bayramını böyük sevinc hissi və daha yüksək əhval-ruhiyyə ilə qeyd etməyə hazırlaşır.

Xalqımızın milli bayramı olan Novruz bayramı münasibəti ilə Baş Prokurorluğun kollektivi adından hər kəsi səmimi-qəlbdən təbrik edir, uzun ömür, möhkəm cansağlığı və yeni-yeni nailiyyətlər arzulayıram".