N.Alço bir həftədir COVID-19-la mübarizə aparır N.Alço bir həftədir COVID-19-la mübarizə aparır
  • Flash
  • 23 Mart 2021 17:15
  •  9 584

Məşhur türk aktyor koronavirusa yoluxdu

N.Alço bir həftədir COVID-19-la mübarizə aparır

Türkiyənin məşhur kino aktyoru Nuri Alço koronavirusa yoluxub.

Medicina.az xəbər verir ki, vəziyyəti ağırlaşan sənətçi xəstəxanaya yerləşdirilib.

69 yaşlı N.Alço bir həftədir COVID-19-la mübarizə aparır.

Aktyorun həyat yoldaşı Burcu Sezginoğlu sosial şəbəkə hesabından paylaşım edərək ona dua olunmasını xahiş edib.

Qeyd edək ki, Yeşilçam dövrünün mənfi obrazı olan Nuri Alço 40 illik yaradıcılığında 80-dən çox kino və filmlərdə rol alıb.