Bunu Dmitri Peskov deyib Bunu Dmitri Peskov deyib
  • Flash
  • 8 Aprel 2021 14:32
  •  6 415

Rusiya ABŞ-la münasibətlərdə ən pis ssenariyə hazırdır

Bunu Dmitri Peskov deyib

Moskva ABŞ-la münasibətlərdə ən pis ssenariyə hazırdır.

Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov ABŞ-dan rusiyalı diplomatların çıxarılmasının mümkünlüyü ilə bağlı məlumatlara münasibət bildirərkən deyib.

“Başa düşürsünüz, Amerika tərəfinin düşmənçilik və proqnozlaşdırıla bilinməyən fəaliyyəti bütövlükdə bizi ən pis ssenarilərə hazır olmağa məcbur edir. Yəni ki, sizin olduqca aqressiv əhval-ruhiyyəli həmsöhbətiniz olduqda, təbii ki, siz hər zaman mobilizə olunmuş vəziyyətdə olursunuz”, - deyə Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, KİV-də ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəyi ilə bağlı ssenarilər yayılıb. Rusiyalı diplomatların ABŞ-dan çıxarıla biləcəyi də qeyd olunur. (APA)