Fəxrəddin Altun: "Türkiyə 44 günlük Vətən müharibəsində Azərbaycanın yanında oldu" Fəxrəddin Altun: "Türkiyə 44 günlük Vətən müharibəsində Azərbaycanın yanında oldu"
  • Flash
  • 10 Aprel 2021 15:05
  •  7 099

"Bir daha böyük qururla “Qarabağ Azərbaycandır” deyirəm"

Fəxrəddin Altun: "Türkiyə 44 günlük Vətən müharibəsində Azərbaycanın yanında oldu"

“Türkiyə-Azərbaycan arasında yaradılmış ortaq media platforması örnək təşkil edir. Biz istəyirik ki, bunu Türk Şurasına üzv dövlətlərlə də quraq”.

Bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun aprelin 10-da Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında çıxışı zamanı deyib.

O vurğulayıb ki, Türkiyə 44 günlük Vətən müharibəsində Azərbaycanın yanında oldu: “Eyni zamanda media sahəsində əlindən gələni etdi. Biz əl-ələ verəcəyimiz halda aşa bilməyəcəyimiz maneə olmadığını gördük. Buradan bir daha böyük qururla “Qarabağ Azərbaycandır” deyirəm”.