"Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni ortaq dəhliz açılacaq", - deyə Türkiyə prezidenti bildirib "Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni ortaq dəhliz açılacaq", - deyə Türkiyə prezidenti bildirib
  • Flash
  • 15 İyun 2021 18:44
  •  14 492

“Azərbaycanın Zəngəzur dəhlizi layihəsini çox əhəmiyyətli hesab edir və dəstəkləyirik” - Ərdoğan - VİDEO

"Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni ortaq dəhliz açılacaq", - deyə Türkiyə prezidenti bildirib

“Azərbaycanın Zəngəzur dəhlizi layihəsini çox əhəmiyyətli hesab edirik və bunu dəstəkləyirik”.

Aznews.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirilən mətbuat konfransında deyib.

R. T. Ərdoğan bildirib ki, bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni ortaq dəhliz açılacaq: “Bu, özündə çox böyük önəm əks etdirir. Pandemiyaya baxmayaraq, əkinçilikdən enerjiyə, nəqliyyatdan turizmə, müdafiədən təhsil və mədəniyyətə - hər sahədə işbirliyimizi irəliyə aparmaq üçün ortaq səylərimizi davam etdiririk”.