• Flash
  • 25 Dekabr 2023 14:08
  •  11 816

Lukaşenko Aİİ və MDB sammitləri üçün Sankt-Peterburqa uçub

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyaya işgüzar səfərə gedib, o, Sankt-Peterburqda Ali Avrasiya İqtisadi Şurasının (Aİİ) və Müstəqil Dövlətlər Birliyinin (MDB) sammitlərində iştirak edəcək.

Aznews.az xəbər verir ki, bu barədə BELTA xəbər agentliyi məlumat yayıb.

Tədbirlər dekabrın 25 və 26-da baş tutacaq.

“Dekabrın 25-də Sankt-Peterburqda dövlət başçısı Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak edəcək. Sammitin gündəliyinə Aİİ-də inteqrasiya proseslərinin gələcək inkişafı üçün əsas istiqamətlərə, beynəlxalq fəaliyyətlərə, makroiqtisadi siyasətə, maneələrin aradan qaldırılması işinə, ittifaqın daxili bazarında güzəştlərin və məhdudiyyətlərin azaldılmasına aid olan iyirmidən çox məsələ daxildir. ” məlumatda ​​deyilir.

Mövsüm