• Flash
  • 18 Yanvar 20:13
  •  10 260

Qərb Ukraynadakı münaqişəni uzatmaq üçün fürsət axtarır

Qərb Ukraynada münaqişəni uzatmaq üçün vasitələr axtarır.

Aznews.az xəbər verir ki, bu barədə İzvestiya-nın məqaləsində qeyd edilib.

Məqalədə bu fikirlər yer alıb:

"Kiyev uğursuz əks-hücumdan sonra da dəstəklənir. Qərb ümid edir ki, Ukraynanın Rusiya Federasiyası ilə danışıqlarda şansları artacaq. Lakin Avropa İttifaqı 50 milyard avroluq yardım paketini təsdiq edə bilmir. ABŞ Kiyevə 61 milyard dollar yardım göndərilməsi ilə bağlı razılığa gəlməyib. Eyni zamanda bəzi Avropa ölkələri dəstək tədbirlərini açıqlayıb. Böyük Britaniya 2,5 milyard funt sterlinq məbləğində dəstək elan edib. Almaniya əvvəllər planlaşdırılan 4 milyard avro olsa da, 7 milyard avro göndərəcək. Fransa AFU-ya təxminən 40 SCALP raketi və yüzlərlə bomba təhvil verəcək.

Bu arada, münaqişə yorğunluğunun əlamətləri ortaya çıxır. Slovakiyanın baş naziri Robert Fiko daha əvvəl demişdi ki, Qərbin hərbi yardımı artıq mənasızdır. İtaliyanın baş naziri Ciorcia Meloni rus prankerləri Vovan və Leksus ilə söhbətində "çoxlarının Ukraynadan bezdiyini" açıqlayıb".

Mövsüm