- Köhnə - Günün fotosu
- 6 Sentyabr 2016 13:57
- 8 220
London hava limanında qeyri-adi etiraz - Özlərini zəncirlədilər (Fotolar)
İngiltərənin paytaxtı Londonda yerləşən London City Hava Limanında bir qrup ekoloq etiraz aksiyası keçirərək özlərini meydançaya zəncirləyib.
AzNews.az xəbər verir ki, bu barədə hava limanının Twitter hesabında məlumat verilib: "Uçuşlarımız hava limanındakı aksiyalara görə ləngiyib. İşə polis cəlb olunub. Mümkün olan ən qısa zamanda uçuşlarımız normal vəziyyətə gətiriləcək".
Məlumata görə, təxminən doqquz etirazçı asfalta uzanıb, bir etirazçı isə üç ayaqlı taxta sütunun üzərində özünü bağlayıb. Cığırı işğal edən və təyyarələrin qalxdığı bölgəyə oturan qrup qalxmamaq üçün müqavimət göstərib.
Qısa müddət sonra etiraz aksiyasının Black Lives Matter (Qaraların Həyatları Qiymətlidir) qrupu tərəfindən həyata keçirildiyi məlum olub. Bu zaman sərnişinlər gözləmə salonunda uzun növbələr yaradıb.
Aydan AXUNDOVA



