- Köhnə - Günün fotosu
- 7 Sentyabr 2016 11:21
- 8 015
Bu küçədə səki yararsız hala salındı - Fotolar
Bakının Nizami rayonu, Naxçıvanski küçəsinin Qara Qarayev prospekti ilə kəsişməsindəki səki daşları sökülüb.
AzNews.az xəbər verir ki, bu barədə "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli öz Feysbuk səhifəsində yazıb.
A.Nəcəfli qeyd edib ki, həmin ərazi 3-4 ay öncə təmir edilib: "Elə bil düşmən malıdır!
Bunu edən insanlar bir şeyi anlamırlar ki, buranın təmiri üçün dövlət büdcəsindən müəyyən məbləğdə vəsait ayrılır. Dövlər büdcəsinin də bir hissəsi vergilər hesabına formalaşır, vətədaşların ödədiyi vergi hesabına. Dövlət əmlakına maddı ziyan vurmaqla həmin insanlar dolayısı ilə özlərinə də ziyan vurmuş olurlar".