- Köhnə - Günün fotosu
- 15 Oktyabr 2016 23:01
- 10 405
Bal yarmarkasında qeyri-adi “bal ağacı” - Video
Bakıda keçirilən bal yarmarkasına Balakəndən içərisi balla dolu ağac gətirilib.
Arıçı İlqar Məmmədov bu balın ərsiyə gəlməsi üçün 1 il əziyyət çəkdiyini deyib:
"Bu, Qaxın Üzümlü kəndinin qayalarında yerləşdirilib və oranın çiçəklərindən düzələn baldır. Burda 60 kq-a yaxın bal var. İnsan əli dəymədən arı özü toplayıb".
Qeyd edək ki, yarmarkada iştirak üçün 270 fermer iştirak edir.
ATV