Alimlər Osmanlı və Bizans imperiyalarının qədim gəmilərinin qəbiristanlığını tapıblar. Alimlər Osmanlı və Bizans imperiyalarının qədim gəmilərinin qəbiristanlığını tapıblar.

Osmanlının gəmiləri tapıldı - Fotolar

Alimlər Osmanlı və Bizans imperiyalarının qədim gəmilərinin qəbiristanlığını tapıblar.


AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, "Maritime Archaeology Project" beynəlxalq arxeoloji qrupun alimləri Qara dənizin dibini öyrənərkən təsadüfən qədim gəmilərin qəbiristanlığına rast gəliblər.

Arxeoloqlar hesab edirlər ki, tapılan təxminən 40 gəmi Osmanlı və Bizans imperiyalarına məxsusdur.

Layihənin rəhbəri, professor Con Adams bildirib ki, təəccüblü olsa da, gəmilər yaxşı vəziyyətdə qalıblar: "Oksigenin olmadığı şəraitdə, təxminən 150 metrdən çox dərinlikdə onlar yaxşı vəziyyətdədirlər".

Qeyd edək ki, ekspedisiyanın başlıca məqsədi geofiziki tədqiqatlar aparmaq olub. Kəşfiyyat zamanı alimlər batmış gəmiləri təsadüfən aşkarlayıblar.

Hazırda alimlər tapılan gəmiləri xüsusi elektron sistem vasitəsilə tədqiq edirlər.

Aydan AXUNDOVA