Binəqədi rayonunda yaşayan vətəndaşlar, avtomobillərinə məxsus akkumliyatorların oğurlanması ilə bağlı Rayon Polis İdarəsinə 8 şikayət ərizəsi ilə müraciət ediblər. Binəqədi rayonunda yaşayan vətəndaşlar, avtomobillərinə məxsus akkumliyatorların oğurlanması ilə bağlı Rayon Polis İdarəsinə 8 şikayət ərizəsi ilə müraciət ediblər.

“Onu mən aldatmışam” – Oğru əlbir olduğu dostunu müdafiə etdi (Video + Foto)

Binəqədi rayonunda yaşayan vətəndaşlar, avtomobillərinə məxsus akkumliyatorların oğurlanması ilə bağlı Rayon Polis İdarəsinə 8 şikayət ərizəsi ilə müraciət ediblər.


ARB TV xəbər verir ki, dərhal əməliyyat axtarış tədbirlərinə başlayan polis əməkdaşları cinayətlərdə şüphəli bilinən Bakı şəhər sakinləri Nurlan Bağırov və Ramin Qarayevi saxlayıblar.

Onlar dindirilərkən törətdikləri cinayət əməlini etiraf ediblər.

Nurlan Bağırov: "Maşınların üstündən akkumliyator götürürdüm. Gecə yarısı girirdim, "kapotu"nu qaldırırdım, götürürdüm üstündən. Aparıb metalloma verirdim. Satırdım 14-15 manata".

Nurlan Bağırov əməlini etiraf etməklə yanaşı, bu işdə əsas günahkarın məhz özü olduğunu da etiraf edib: "Ramin Qarayev? Onluq deyil. Onu sadəcə aldatmışdım. Binəqədi tərəfdə onun işi var idi. Kiminləsə görüşməli idi. Onu yanımda apardım. Guya mən metallom işi ilə məşğulam. Yanımda oturmuşdu. Guya mən metallom burda kimnənsə, nəsə götürürəm. Onun xəbəri yox idi".

Ramin Qarayev: "Nurlanla çoxdan bir-birimizi tanıyırıq. Getməliydik Qurd Yuvası var Binəqədi rayonunda. Ora bağlı oldğu üçün, gedirdik Binəqədi mərkəzə. Elə oldu ki, Nurlan anidən döndü sola, mən tanımırdım oraları. Girdi ora. Gördüm ki, Nurlan akkumliyatorları götürür. Ev yiyəsi çıxdı başladı qışqırmağa. Peşimanam ki, məsuliyyətsizlik etmişəm".

Araşdırma zamanı həmçinin məlum olub ki, Nurlan və Ramin, paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsində 5, Xətai rayonunda isə 7 vətəndaşın avtomobilindən eyni üsulla oğurluq ediblər. Onların yaşadıqları evə baxış keçiriən polis əməkdaşları oğurlanan akkumliyatorların bir hissəsini aşkar edərək götürüb.

Qeyd edək ki, Nurlan Bağırov müxtəlif cinayətlərə görə 4, Ramin Qarayev isə 2 dəfə həbsdə olub.

Baş vermiş faktlarla bağlı başlanan cinayət işi üzrə araşdırmalar davam edir.

AzNews.az


image description image description image description