Bakı-Quba yolunda avtomobil yanıb. Bakı-Quba yolunda avtomobil yanıb.

Futbolçuları daşıyan mikroavtobus qəfildən alışdı - Azərbaycanda (Video + Foto)

Bakı-Quba yolunda avtomobil yanıb.


APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə magistralın Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. "İnter" futbol klubunun futbolçularının olduğu mikroavtobus qəfildən alışıb.

Məşqçi Zöhrab Mahmudov APA-ya bildirib ki, avtobusda olan 20 futbolçudan xəsarət alan olmayıb.

Mikroavtobusa tüstü dolan kimi futbolçular maşından düşürülüb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub, yanğın söndürülüb.


AzNews.az

Video və foto ARB-yə aiddir.




11:53
***


Klubdan "Qafqazinfo"ya bildiriblər ki, avtobus kluba məxsus deyil: "Avtobus bizə məxsus deyil. Sadəcə bizim rayonlardakı filialın futbolçuları Bakıya oyun üçün gəlirmişlər və bu hadisə baş verib. Hazırda rəhbərlik bu işlə maraqlanır".
image description