- Köhnə - Günün fotosu
- 29 Noyabr 2016 10:24
- 9 509
Kuba Fidel Kastro ilə vidalaşır - Fotolar
İnqilab rəhbəri Fidel Kastronun külü paytaxt Havanın Xose Martin memorial abidəsində nümayiş olunur.
AzNews.az xəbər verir ki, Kuba xalqı Fidel Kastro ilə vidalaşmaq üçün artıq gecə saatlarından memorial abidənin önündə uzun növbələr yaradıb. Vidalaşmağa gələnlər arasında xarici turistlər də var. Şəhərdə hər saatın əvvəlində havaya artilleriya atəşi açılıb.
Kubanın paytaxtı Havanada xüsusi təhlükəsizlik tədbirləri görülməyib. Cənazə mərasiminin keçirildiyi zalda telefonla şəkil çəkməyə icazə verilib. Şəhərdə yalnız cənazə mərasimi boyu spirtli içkilərin satışına qadağa qoyulub.
Paytaxta gələ bilməyən insanlar Fidel Kastroya məhəbbətlərini başqa yollarla ifadə edirlər: bütün ölkə boyu minlərlə yerdə İnqilabçı üçün anım tədbirləri təşkil edilib.
Fidel Kastroyla vida mərasimi iki gün davam edəcək. Sonra Kastronun cənazəsinin külü Santyaqo-de-Kubaya göndəriləcək və 4 dekabr tarixində burada dəfn ediləcək.
Kubanın bütün dünyadakı səfirliklərində də Fidel Kastronun ölümü ilə bağlı anim tədbirləri təşkil edilib.

